Ərim içkili olanda onunla yaxınlıq edə bilərəmmi?
Sual:
Salam bağışlıyın sualıma görə aybaşından sonra qüsul alıb namaz qıldım sübh namazına durarkən azca qan bulaşmışdı ayırdan çmib qüsul almalısan? Yoxsa dəsdəmaz yetər? Yoldaşım sipirtli içki içir içkili vəziyyətdə mən ona yaxınlıq verə bilərəm? bir yataqda yata bilərəm?xahiş eliyirəm tez cavablandırasız çox sağolun
Cavab:
Və aleykum Salam.
1. Qadınlar aybaşı qanının adi qandan fərqini bilirlər. Ona görə də sizdən gələn qanın yəqinliklə aybaşı qanı olduğuna əmin olsanız, belə halda namaz qılmaq olmaz. Əgər aybaşı qanına aid olmayan axıntı olarsa, bu zaman dəstəmaz alıb namaz qıla bilərsiniz. Həmçinin oxuyun:
2. Qeyd etdiyiniz səbəb cinsi əlaqədən imtina etməyə və ya eyni yataqda yatmamağa əsaslı səbəb deyil. İçkili halda ər öz arvadından cinsi əlaqədə olmağı tələb edərsə, qadın razılıq verməlidir və əlaqəyə görə qadına günah yazılmaz. Ancaq qadın öz ərini bu böyük günahdan çəkindirməlidir. Həmçinin oxuyun: