80. Evlənən şəxsin özü üçün etdiyi dua və minik heyvanı alanın edəcəyi dua
Sizdən biriniz bir qadınla evləndikdə və ya bir xidmətçi (satın) aldıqda belə desin:
[Allahummə inniy əs'əlukə xayrahə və xayra mə cəbəltəhə aleyhi, və əuzu bikə min şərrihə və şərri mə cəbəltəhə aleyhi]
«Allahım! Şübhəsiz ki, mən Səndən həm onun xeyrini, həm də ona verdiyin xilqətin xeyrini diləyirəm. Onun şərindən və ona verdiyin xilqətin şərindən Sənə sığınıram!» Dəvə aldıqda da, onun hörgücünün başından tutub eyni ilə bu duanı desin.[1]
[1] Əbu Davud, 2/248; İbn Macə, 1/617. Bax: «Səhih İbn Macə», 1/324.