81. Evlənən şəxsin özü üçün etdiyi dua və minik heyvanı alanın edəcəyi dua

Sizdən biriniz bir qadınla evləndikdə və ya bir xidmətçi (satın) aldıqda belə desin:
 

[Allahummə inniy əs'əlukə xayrahə və xayra mə cəbəltəhə aleyhi, və əuzu bikə min şərrihə və şərri mə cəbəltəhə aleyhi]
 
«Allahım! Şübhəsiz ki, mən Səndən həm onun xeyrini, həm də ona verdiyin xilqətin xeyrini diləyirəm. Onun şərindən və ona ver­di­yin xilqətin şərindən Sənə sığınıram!» Dəvə al­dıqda da, onun hörgücünün başından tutub ey­ni ilə bu duanı desin.[1]

 
[1] Əbu Davud, 2/248; İbn Macə, 1/617. Bax: «Səhih İbn Ma­cə», 1/324.