Başqa evə köçə bilmək üçün ərimin öz valideynlərindən soyumasını dua edə bilərəmmi?

    29.03.2017
Kimdən: 
Gunay 2
Sual: 
Salam.qaynanali qaynatali evde yawayiram serbest olmuram yoldawimda evin tek ogludu inanmiramki ayri yawaya ama allaha dua eliyiremki yoldaşım ailesinden ayri yawasin menim bele istekde olmagim günahdı?onlarla birlikde yawamaq sixicidi yoldawimla rahat vaxt keçirə bilmirəm ona görə ayri yawamaq isteyirem.yoldawimda onlardan ayri qalma1 istemir ama men allaha dua eliyiremki yoldawim onlardan soyusun ayri yawamaq istesin.indi men gunah eliyirəm ya menim rahat ailemle yawamaq isteyim normaldı yeni dua eliye bilərəm yoldawim onlarla yawamaq istemesin???
Cavab: 
Və aleykum Salam. Ərinizin imkanı varsa, şəriətə görə siz ondan ayrıca evdə yaşamağı tələb edə bilərsiniz. Ərinizin öz valideynlərindən soyuması üçün dua etməniz isə düzgün deyil, çünki valideynlərin haqqı Allah və Onun Rəsulundan (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sonra gələn ilk haqlardır. Siz heç yoldaşınızın böyük günah sahibi olması ilə razı olarsınızmı? Daha ətraflı: 
Paylaş: