Əsr namazının vaxtında heyz olan qadın bu namazın qəzasını qılmalıdırmı?

    30.03.2017
Kimdən: 
sebine
Sual: 
Salamun aleykum Sualima gore uzr isteyirem.Sabah namazini zohr qildim esri qilmaq isteyende aybasi oldugumu gordum.Esri qilim yoxsa yox yada qezaya saxliyim deye bilersiz?Bide men zohru qilanda paltarim qan olsa bilmeden namazim batildir?Qezasini qilmayilam? hru qilanda paltarim qandi
Cavab: 

Və aleykum Salam.
1. Qadın heyz olduqda heyz kəsilənə qədər namaz qılmaq ona haramdır. Ona görə siz əsr namazının qəzasını heyzdən qurtarıb təmizlənəndən sonra qılmalısınız. Daha ətraflı:
Qadın heyz halında nələri edə bilməz?
2. Əgər namaz qıldıqdan sonra paltarınızda qan ləkəsini aşkarlamısınızsa, bunun sizin namaza təsiri yoxdur və namazınız səhih sayılır. Həmçinin oxuyun:
Qan murdardırmı? Şəhidlərə cənazə namazı qılınırmı?
Dəlillər əsasında, murdarlığı isbat olunan şeylər 
Dəstəmazı və namazı batil edən hallar

Paylaş: