Əvvəl namaza başlayıb sonra günahlardan uzaqlaşmaq lazımdır, yoxsa əksinə?

    13.06.2017
Kimdən: 
TURAL
Sual: 
evvela salam,mən bilmək istəyirəmki ilk növbədə namaz qılıb pis əməllərdən uzaqlaşmaq lazımdı ya pis əməllərdən uzaqlaşıb namaza başlamaq lazımdı?
Cavab: 
Və aleykum Salam. Namaz qılmaq Uca Allah bütün insanlara vacib buyurduğu əmridir, heç nəyi gözləmədən namaz qılmağa başlamaq lazımdır. Allah üçün səmimi qəlblə qılınan namaz insanı günahlardan çəkindirir. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Deyin görüm, əgər sizlərdən birinin evinin qarşısından çay axarsa və o hər gün orada müəyyən vaxtlarda yuyunarsa, onun üzərində çirkdən əsər-əlamət qalarmı?" Səhabələr dedilər: Xeyir, Ya Rəsulullah! Onun üzərində çirkdən heç bir əsər-əlamət qalmaz". O, buyurdu: "Elə isə beş vaxt qılınan namazın misalı da belədir. Uca Allah onun vasitəsilə günahları silib yox edir". (əl-Buxari, 528; Muslim, 667, 1077). Əvvəl günahlardan çəkinməyə çalışaraq sonra namaza başlamağı düşünmək isə səhv fikirdir. Daha ətraflı: 
Teqlər: 
Paylaş: