Namazı vaxt girəndən 1-2 saat sonra qılmaq qəza sayılırmı?
Sual:
Salam Alekum. Bagwlayin bir sual verim Men Namaz Qiliram. Ama iwde imkan olmur vaxtinda qilmaqa yeni Azanda hardasa 1 ve ya 2saat sonra qiliram. Bu Qeza mene gunah sayilirmi? Birde Qezani qilmaq vacibdirmi?
Cavab:
Və aleykum Salam. Namazın vaxtı girən kimi qılmaq ən xeyirli əməllərdəndir, lakin namazı vaxtı çıxana qədər qılmaq icazəlidir və qəza sayılmır. Yalnız vaxt çıxandan sonra namaz qəza edilmiş sayılır. Bu namazı qılmaq vacibdir və onu tərtiblə yerinə yetirmək lazımdır. Yəni, əvvəlcə qəza olan namaz, sonra isə növbəti namaz qılınmalıdır. Çalışın namazları qəza etməyəsiniz. Namazları ayaq üstə qılmaq mümkün deyilsə, oturaraq da qıla bilərsiniz. İmran ibn Husayn (Allah ondan razı olsun) demişdir: "Mən babasil xəstəliyinə tutulmuşdum. Odur ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu vəziyyətdə namaz qılmaq barəsində soruşdum. O dedi: "Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, bunu da bacarmırsansa, uzanan yerdə qıl". (əl-Buxari, 1117). Bu hal ayaqüstə namaz qılmağa imkanı olmayana da aiddir. Daha ətraflı: