Mənimlə evlənəcəyinə and içərək məni aldadan oğlanın cəzası nədir?

    07.07.2017
Sual: 
Salam aleykum.bir insanla tanis oldum.menimle evleneceyini dedi.qurana,allaha and icdi.men de sevdim ve inandim.aramizda bir defe yaxinliq oldu.sora meni atdi.gunlerler ozume gele bilmedim.etdiyimin yalnis oldugunu anladim ve tovbe etdim.allaha sigindim.amma hele de ezab cekirem.bilmey isterdim birine evlenmey adiyla soz verib yari yolda qoyan,allaha,qurana and icib sora geden insanin cezasi nedi.
Cavab: 
Və aleykum Salam. Şəriət qaydası ilə kəbin olmadan naməhrəmlə cinsi əlaqədə olmaq Cəhənnəm əzabına aparan böyük günah olan zinadır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32). Ayədə "zinaya yaxınlaşmaq" deyildikdə ona aparan yollar, yəni naməhrəmlə söhbətləşmək, ona toxunmaq, təklikdə qalmaq və s. əməllər nəzərdə tutulur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165).
Ona görə də, belə insanlara aldanmamaq üçün Allahın əmr və qadağalarını öyrənərək onlara riayət etmək lazımdır. Hər bir halda, zina edənlər tövbə edərək bir daha bu günaha qayıtmamalı və ibadətlər başda olmaqla çoxlu xeyirli əməllər etməlidirlər. Uca Allah buyurur: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). 
Qadına onunla evlənəcəyinə söz verib sonra aldadan kişi ona zülm edərək haqqına girir. Qiyamət günü hər bir zülmə məruz qalmış insan zülm edəndən öz haqqını tələb edəcəkdir. Kiminsə haqqını tapdalamaq, yaxud fasiqlik və xəyanət məqsədi üçün yalandan içilən and "əl-Ğamus" adlanır.  Bu and sahibini günaha sonra isə cəhənnəmə salır. Həmçinin oxuyun:
Paylaş: