Namaz qılmaq istəyirəm, amma hansısa qüvvə məni qoymur...
Sual:
Men cox namaza gelmek din ehli olmaq isteyirem ama bacara bilmirem meni hansisa quvve saxlayir bunun ucun ne edim
Cavab:
Salam aleykum. Namaz qılmağın çətin görünməsi və ya namaza başlamağa tərəddüd etmək şeytanın vəsvəsəsidir. Ona önəm verməyərək tezliklə namaza başlamaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm". (əl-Buxari, 6856). Daha ətraflı: