Ramazan orucunu pozmağa niyyət edən, lakin sonradan pozmayanın orucu sayılırmı?
Və aleykum Salam va rahmətullahi va bərakətu.
1. Ramazan orucu tutan insan heç bir tərəddüd etmədən orucunu pozmağa niyyət etsə, lakin sonra pozmasa, orucu batil olmuş sayılır. Əvəzində bir gün qəza orucu tutmalıdır.
2. Ayaqyolunda tüpürməyin qadağan olması barədə şəriətimizdə hər hansı bir göstəriş yoxdur.
3. Yalnız canlıların şəkli, heykəlləri, bütləri və s. olan yerdə namaz qılmaqdan çəkinmək lazımdır. Digər əşyalar olan yerdə namaz qılmaq üçün isə hər hansı bir qadağa yoxdur. Həmçinin oxuyun: Canlıların şəkli olan otaqda namaz qılmaq olarmı?
4. Namaza durarkən insan Uca Allahın qarşısında durduğunu xatırlamalı və dünya haqqında fikirləşməyi müvəqqəti kənara qoymalıdır. Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər" (əl-Muminun, 1-2). Namazın sözlərini başa düşərək bu barədə düşünmək namazda olan mütiliyi artırır. Bilməyən bu sözlərin mənasını öyrənməyə səy göstərməlidir. Namazdan kənarda edilən dua və zikrləri mənasını başa düşməyərək demək isə savabı azaldır. Həmçinin oxuyun:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Namaz sözlərinin mənasını yaza bilərsinizmi?
5. Bütün peyğəmbərlər qövmlərini haqqa dəvət edəndə onlar da öz qövmlərinin içində iman gətirməyən kimsələr tərəfindən kahin, sehrbaz, şair, dəli və s. bu kimi müxtəlif xoşagəlməz adlarla adlandırılıblar. Buna baxmayaraq son nəfəslərinə qədər onlar səbrlə və gözəl əxlaqla insanları Uca Allaha şərik qoşmadan ibadət etməyə çağırmağa davam ediblər. Hər bir dəvətçinin yolu belə olmalı, peyğəmbərlərə və onların saleh davamçılarına oxşamağa çalışmalıdır. İndiki dövrdə dini məlumatsızlıqdan dolayı Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazı kimi namaz qılmaq, tövhid əqidəsinə dəvət etmək çoxlu ittihamlara səbəb olur. İttihamları isə düzgün şəkildə İslam elminə yiyələnərək hikmətlə cavablandırmaq, xurafatlardan uzaqlaşdırmaq lazımdır. Yəqin ki, "Vəhhabi" sözünü başa salmağa ehtiyac yoxdur. Bu adı İslamın düşmənləri fikirləşib ortaya atıblar ki, insanlar İslamdan çəkinsinlər, islamla və onun həqiqəti ilə maraqlanmasınlar. Ona görə də indiki dəvətçilərin üzərinə dinlərini elmi şəkildə, Quran və Sünnənin işığında dəlil və sübut əsasında öyrənmək kimi böyük bir məsuliyyət düşür. Daha ətraflı:
Vəhhabi kimlərdir?
İslama dəvət necə olmalıdır?
6. Valideynlərinizi haqqa dəvət etmək günah yox, savab əməldir. Amma bu zaman hikmətlə davranmaq və hər sözü yerində demək lazımdır. Əgər valideyniniz əsəbləşirsə, səbir edib kefinin yaxşı olduğu vaxtda yenidən dəvət etməyə çalışın. Həmçinin, valideyninizlə yoldaşlıq münasibətində olan namaz qılanlardan da onları haqqa dəvət etmələri barəsində xahiş edə bilərsiniz. Həmçinin oxuyun:
Haqqı qəbul etməyən insanlarla necə rəftar edim?