Qədr gecəsində Quran kitabını başa qoymaq düzgündürmü?

    24.07.2017
Kimdən: 
Tërane
Sual: 
Salam Aleykum..Qedir gecesinde başa Quran kitabini qoyub bezi emeller edirler bu dogrudurmu...qabaqcadan teşekkür edirem..
Cavab: 
Va aleykum Salam. Qurani-Kərim onu başa qoymaq və ya öpmək üçün yox, oxuyub ibrət almaq üçündür. Uca Allah buyurur:
"And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!" (əl-Qamər, 17).
"Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir" (Yunus, 57).

"Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar." (Ta Ha, 113).

"Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən". (Məryəm, 97). Belə bir əməli nə Peyğəmbər (salləllahu aleyhi və səlləm), nə də ondan sonra gələnlər bu əməli etməmişlər. Onlar Quranı oxumuş, əzbərləmiş və içindəkilərə əməl etmişlər. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: