Əvvəllər başqa oğlanla görüşmüş qızın tövbə edərək nişanlanması günahdırmı?
Sual:
salam menim 2 il once sevgilim olub ve bizim aramizda mueyyen munasibetler olub. ondan ayrildiqdan sora 2-3 oglanlada gorusmusem/ ama duz 2 il kecib ve tovbe etmisdim. indi basqa oglanla nisanlanmisam bu gunahdirmi?
Cavab:
Və aleykum Salam. Naməhrəmlə görüşüb zina etmək həlakedici günahlardandır, bunu edib tövbə etməyənlərin qəbir həyatında və Cəhənnəmdə əzab çəkəcəkləri ilə bağlı bir çox ayə və hədislər var. Tövbə etmək isə sadəcə dildə "tövbə etdim" deməklə yox, günaha ürəkdən peşman olub Allaha bağışlanma üçün yalvarıb-yaxarmaq, bir daha bunu etməyəcəyinə qəti qərar vermək və bu günaha aparan yollardan çəkinmək, başda namaz olmaqla ibadətləri artırmaq və Allahın sevdiyi əməlləri çox etməklə olur -- məsələn, valideynlərə yaxşılıq etmək, sədəqə vermək, dini öyrənmək və s. Tövbə edən insan günahını gizlətməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün". (əl-Beyhəqi). Bundan sonra nişanlanmaq və ailə həyatı qurmağa heç bir qadağa yoxdur. Həmçinin oxuyun: