Namazı və hicabı tərk edib yenidən qayıdanı Allah bağışlayarmı?
Sual:
Esalam eleykum bir sualim var men kunahlarma tobe edib hicaba girmiwdim nazada bawlamiwdim muyen sebeblere gore bawmi acdim ve namazmida saxladim gunah iwletmiwem ozde cox indi pewmanam tobe etsem bagiwlanarami
Cavab:
Və aleykum Salam. Sadaladığınız böyük günahlardan tövbə edərək çəkinin, imanınızı artırmağa çalışın və Allahın rəhmətindən ümidinizi üzməyin. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!" (əz-Zumər, 53-55). Həmçinin oxuyun: