Məni kasıbçılıq qorxusundan evləndirmirlər, nə edim?

    05.11.2017
Kimdən: 
Rafet
Sual: 
Salam alekum Ailem Meni kasibcliq qorxusunnan evlendirmir ne edim
Cavab: 
Va aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Evliliyin ən xeyirlisi asan və az xərci olan evlilikdir". (Əbu Davud "Nikah", 32). Müəyyən dövrlərdə Uca Allah öz hikməti ilə insanların ruzisini azaldır və ya çoxaldır, amma O, heç bir qulunu ruzisiz qoymur. Siz Allaha dua edərək çalışmağa davam edin, ruhdan düşməyin və əgər özünüz müstəqil bir qazanc sahibisinizsə, sadə bir yolla da olsa evlənin. Çünki Uca Allah ona təvəkkül edərək çalışıb səy göstərənlərə bərəkət verir. O, buyurmuşdur: "...Əgər möminsinizsə, Allaha təvəkkül edin!" (əl-Maidə, 23).
"Məgər Allah Öz quluna kifayət etmirmi...?" (əz-Zumər, 36). 
"Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən sonra bir çıxış yolu bəxş edər və ona gözləmədiyi yerdən ruzi verər". (ət-Talaq, 2-3). Daha ətraflı:
Ruzinin artması üçün nə etməliyik?
Ruzi duaları
Teqlər: 
Paylaş: