Cadu edildiyi üçün əsəbi olmuşam və evimizə gedə bilmirəm...

    25.12.2017
Kimdən: 
Leman
Sual: 
salam. iki ildi aileliyem. bir qizimda var. eltimde paltarlarim var idi aramizda soz sohbet dusdu geri istedim. qaytaranda gordum duyun var bir de yag lekesi. olari falciya gonderdimki lekesine baxsin. biliremki gunahdi tovbe elemisem. ozumde hicabliyam. namaz qiliram. quran oxuyuram. paltarlar mene catanda ramazan ayi idi. ama onnan iki ay evvel olunub cadu. birinci fikir vermedim geyindim. sora dua oxuyub suda yuyub yandirdim. cadudan satemizlendim? xais edirem komek edin. eve gede bilmirem. atamgilde qaliriq qizimda yoldasim da mende. qorxuram evde. esebiyem deli kimi olmusam yoldasimla tez tez dalasiriq. ele bilirem gozume nese gorsenecek. men neyniyim?
Cavab: 
Va aleykum Salam. Fala baxmaq, baxdırmaq, falçıya getmək və s. buna bənzər əməllər böyük günahlardandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399). Çoxlarının güman etdiyi kimi cadu olunmuş əşyanı məhv etməklə hər şey bitmir. Sadəcə cadunu zərərsizləşdirmək cadudan müalicə olunmaq üçün kömək edir. Siz və yaxınlarınız mütəmadi olaraq Quranın səsli oxunuşuna qulaq asın və evdə səsləndirin. Daha ətraflı:
Paylaş: