"Ləbbeyk, ya Əli" demək olarmı?

    14.11.2017
Kimdən: 
Anar
Sual: 
Salam. “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” “Allah, Muhəmməd ya Əli!” demək şirkə yol açır? Bu kimi şüarlar ALLAHA şərik qoşmaq deməkdir? Əvvəlcədən təşəkkürlər!
Cavab: 

Və aleykum Salam. Bəli, bu sözlər şirk olan kəlmələrdir. "Ləbbeyk, ya Əli!" dedikdə, Ey Əli, hüzurunda müntəzirəm" deməkdir. Bu da, yalnız Allah Təalaya şamil olunan və həcc mərasimində deyilən sözlərdir. Bu sözlər "Ləbbeyk, ya Hüseyn" sözlərinə də aiddir. "Allah, Muhəmməd, ya Əli" dedikdə, Allahdan başqa vəfat edən Muhəmməd peyğəmbəri (salləllahu aleyhi və səlləm) və Həzrəti Əlini (Allah ondan razı olsun) çağırmaq nəzərdə tutulur. Bu isə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) mübarizə apardığı şirkdir, çünki dua etdikdə Allahdan qeyrisini çıxarmaq olmaz. Daha ətraflı:
Ya Əli, Ya Mehdi demək olarmı? 
Şirk nədir?
Şirk haqqında ayələr yaza bilərsinizmi?
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

Paylaş: