Qaynana ilə küsülü qalan namaza başlasa, namazı qəbul olunarmı?
Sual:
Salam.men namaza bawlamaq isteyirem.amma qaynanamla daniwmiram.mene cox deyib dolawib.ozum de kinli insanam.bilmek isteyirem bu mene gunah yazilar? Namazim qebul olar?bir de Namaza bawlamazdan evvel deyilen qurbanlar nezirler verilmelidi?
Cavab:
Va aleykum Salam.
1. Dinimizdə üç gündən çox küsülü qalmaq qadağandır. Üstəlik, qaynananız həm sizdən böyük olduğu üçün, həm də ərinizlə aranızda hörmət və səmimiyyətin qorunması baxımından ona cavab qaytarmamalı, Allah üçün səbr etməlisiniz. Amma bu söylədiklərinizin namaza aidiyyatı yoxdur. Belə hallar namazı batil etmir. Siz tezliklə namaza başlayın. Bu cavabları oxuyun:
2. Hər bir halda Allah qarşısında nəzir və ya niyyət qismində verilən sözün yerinə yetirilməsi vacibdir. Uca Allah buyurur: "...Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar". (əl-İnsan, 8). Həmçinin oxuyun: Niyyət edib qurban kəsmək olarmı?