Ərim şiə namazı qılır, mən də onun kimi qılmalıyammı?

    26.12.2017
Sual: 
Salam menim heyat yoldawimgil wiyyediler ama men aile qurmamiwdan sunnu namazi qilmiwam indi aile qurmuwam deye mende wie namazi qilmaliyam? Ama men oz bildiyim kimi namaz qilarken ozumu Rebbime daha yaxin hiss eliyirem mene biraz qeliz gelir namazimi bawqa cur qilmaq xahiw cavab yazardiz
Cavab: 
Va aleykum Salam. Haqq yol Quran və Səhih hədislərə əsaslanan yol və ən doğru namaz da Allah Rəsulunun (Allahın ona və ailəsinə salamı və salavatı olsun) qıldığı kimi qılınan namazdır. Uca Allah buyurur: "...Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin.  Allahdan qorxun. Həqiqətən,  Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qılması səhih mənbələrdə rəvayət olunmuşdur. Saytımızdakı namazın qılınma qaydası videosu həmin mənbələr əsasında hazırlanmışdır. Həmçinin oxuyun: 
Paylaş: