İstəmədən ürəyimdə bəddua edirəm, bu vəsvəsədirmi?

    26.01.2018
Kimdən: 
Aytən
Sual: 
Her kese Allahın Salamı olsun.Meni nə qədər vaxtdır ki , narahat eden suallar var.Men içimde özümde isdemeden beddua edirem ve ardindan peşman olaraq ağlayıb Allahdan bagışlanma dileyirem.Sizcə bu vesvesedir? Bunun bir çaresi varmı? Digər sualım budur ki , insanlardan hemyaşıdlarımdan uzaqlaşıram onlarla dil tapa bilmirem ve bu meni pis edir .Ne ede bilerem ? Birde internetde oxumuşam ki, bir istek arzu üçün fua edib ardinca Ayetül Kürsini oxuyarsaq duamız qebul olar bu belədirmi?
Cavab: 
Salam aleykum.
1. Bu şeytanın bir vəsvəsəsi ola bilər. Belə bir hiss gələndə Allaha sığının və şeytana qapı açmayın. Daha ətraflı:
2. İnsanlardan uzaqlaşmaq yaxşı hal deyil. Çalışın dil tapıb yola gedəsiniz. Həmçinin Allah Təalaya bu şəkildə dua da edə bilərsiniz: "Rabbi-ş'rahli sadri va yəssir li əmri va-h'lul uq'dətən min lisəni yəfqahu qavli - Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar". (Ta Hə, 25-28).
3. Qeyd etdiyiniz halda "Ayətul-Kursi"ni oxumaq yox, daha yaxşı olar ki, istixarə namazı qılasınız. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: