Pirdə gördüyüm əlamətlər niyyətimin həyata keçəcəyini bildirirmi?
Sual:
Salam əleyküm. Mən birini sevirəm oda məni sevdiyin deyirdi. Qətildə qoluma niyətlə bağ bağladım(2dəfə) bağladığım gün açıldı. Peygemberde zincirə yaylıq atdım yaylıq zincir tutdu yəni dedilər niyyətin qəbul oldu. Vədə deyirlər novruz bayramında çərşənbə axşamı gördüyün insan qısmətindir məndə sevdiyimi gördüm. İndi biz təzəlikcə ayrıldıq. Bəs allahın mənə verdiyi işarətlər nə mənaya gəlirdi? Hər dəfə bir şey sınıyanda düşünəndə Allah onun mənim qismətim olacağına işarət edirdi. İndi bu işin sonu sizcə nə olacaq?
Cavab:
Və aleykum Salam. Niyyət tutaraq ələ ip bağlamaq, pirlərə gedib zəncirə yaylıq atmaq, novruz bayramında gecə güzgüyə baxıb sevdiyini görmək xurafatdır. Bu məsələlərdə insanın Allahdan qeyrisinə müraciəti var. Bu isə ən böyük günah olan - Allaha şərik qoşmaqdır. Bunlar Allahdan gələn nişanələr deyil. Əksinə, şeytana tabe olmağın nəticəsidir. Daha ətraflı: