Təyəmmüm neçə dəfə alına bilər?

    13.01.2018
Sual: 
Salam nece defe teyyemum ede bilerik bir de kiwilerin qusl almaqi vacibdirmi
Cavab: 
Va aleykum Salam. Həm kişiyə, həm də qadına qüsl pozulduqda yenidən qüsl almaq vacibdir. Su olmadıqda və ya xəstəlikdən qorxduqda qüsl əvəzinə təyəmmüm alınır. Həmçinin, dəstəmaz üçün də su tapılmasa təyəmmüm almaq olar. Su tapılana qədər və ya xəstəlik qorxusu aradan qalxana qədər neçə dəfə ehtiyac olsa, o qədər təyəmmüm almaq icazəlidir. Daha ətraflı:
Teqlər: 
Paylaş: