Uşaqlarımı böyütmək üçün sələmə pul verməyi məsləhət görürlər, nə edim?
Sual:
Salam. Menim yoldahsim.rehmete gedib 3 ushawimi tek saxlayiram ishleyirem halal emek haqqi aliram.1 sual: mene deyirler ki seleme pul ver,hami verir, heç kime heç ne olmur, senin ehtiyacin var, gunah deyil.
2 sual:10 il evvel namaz qilmisham, sonra terk etmishem..indi yene isteyirem..amma qorxuram..yene terk edeceyimden, elave gunahlar qazanacaqimdan.. her iki sulaima lutfen cava verin men nece edim..tewekkur edirem
Cavab:
Və aleykum Salam.
1. Sələm hər bir halda böyük günahdır. Həmçinin, sizə sələm vermək haqda nəsihət edənlər səhv edirlər. Əksinə, elə bir sələm verən şəxs yoxdur ki, şəxsi həyatında böyük bəlalarla üz-üzə qalmasın. Bu, onların dünyadakı cəzalarından biridir. Tövbə etməsələr Axirətdə onları böyük bir əzab gözləyir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi günahdan çəkinin...", və onların şirk, sehr etmək, cana qəsdetmək (onu öldürmək), yetimin malını haqsız olaraq yemək, Riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək – olduğunu bildirmişdir". (əl-Buxari və Muslim). Həmçinin oxuyun: Uşaqları böyütmək üçün sələmə pul vermək icazəlidirmi?
2. Bu cavabı oxuyun: Namaza başlamaq üçün şübhələr...