Azər İbrahim peyğəmbərin atası, yoxsa əmisi olub?
Sual:
ibrahim peygemberin atasi kim olub? Deyirlerki Azer emisi olub.Delil var buna?
Cavab:
Salam aleykum. Bəzi alimlərə görə Azər İbrahim peyğəmbərin (Allahın ona salamı olsun) əmisinin, bəzilərinə görə isə atasının adıdır. Buna səbəb isə Quran ayələrində olan "Əbəti" - sözünün həm "atacan", həm də "əmican" mənalarını bildirməsidir. Hər bir halda bu nə fiqhi, nə əqidə baxımından əhəmiyyət kəsb etmir. Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm". (əl-Ənam, 74). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü İbrahim sir-sifəti toz-torpağa bulaşmış və qaralmış atası Azərlə görüşəcək və İbrahim ona deyəcək. "Məgər mən sənə deməmişdim ki, mənə asi olma?" Atası deyəcək: "Bu gün mən sənə asi olmayacağam!" Onda İbrahim deyəcək: "Ey Rəbbim! Sən mənə, onların diriləcəyi gün məni rüsvay etməyəcəyinə söz vermişdin. (Sənin rəhmətindən) uzaq düşmüş atamdan daha böyük rüsvayçılıq ola bilərmi?!" Uca Allah buyuracaq: "Mən Cənnəti kafirlərə haram buyurmuşam". Sonra (ona) deyiləcək: "Ey İbrahim, ayağının altındakı nədir?! İbrahim (ayağının altına) baxdıqda qana bulanmış bir kaftar görəcək. Sonra bu kaftarı ayaqlarından tutub Oda atacaqlar". (əl-Buxari, 3350). Həmçinin oxuyun: