Ruzinin artması üçün xüsusi dua varmı?

    09.02.2018
Kimdən: 
Resad
Sual: 
Salam-Aleykum.Ilk nobede yeni iliniz mubarek men etrafimdaki dostlarimin coxlu pullari var ama menim ailem qeder de yuksek gelirli deyil.Men hansi duani ede bileremki evimizin ruzu nemeti coxlu olsun InwAllah cavabliyarsiz sa olun.
Cavab: 
Va aleykum Salam. Əvvəlcə onu deyək ki, yeni il müsəlmanların bayramı olmadığı üçün bu münasibətlə təbrikləşmək düzgün deyil. Ruzinin bol olması üçün isə dua etmək və şəriətdə göstərilən digər vasitələrdən istifadə etmək lazımdır. Uca Allah yaratdığı hər bir məxluqun ruzisini verir. Sadəcə bəzi hallarda insanlar ruzinin azalması ilə imtahana çəkilirlər. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). Daha ətraflı:
Teqlər: 
Paylaş: