Uşağım xəstə olduğuna görə namazlarımı qəza edə bilərəm?
Sual:
Salam menim uwagim cox esebidi ve buna gore de mualice alir bir ara qicolmalar olurdu indi de mene oyrewib ve menen bawqa hec kimde qalmir ve buna gore namazlari vaxti vaxtinda qilmasam gunah sayilarmi?Birde namaz qildigim vaxtda evde pis soz daniwilir bunun gunahi mene yazilirmi? Xaiw edirem sualimi tez cavablandirardiz menim ucun cox vacibdi sag olun
Cavab:
Va aleykum Salam. Heç bir halda namazları qəzaya saxlamaq olmaz. Ona görə də namazları buraxmayın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar. Namazlara səhlənkar yanaşıb onları vaxtlı-vaxtında qılmazsa, bu onun üçün nə bir nur, nə də bir dəlil-sübut olar, üstəlik o, ziyana uğrayar...". (İmam Əhməd, 2/169). Daha ətraflı:
İki azyaşlı uşağım olduğu üçün hərdən namaz qıla bilirəm, nə edim?
Namazların vaxtını gecikdirmək günahdır?
Namazların vaxtını gecikdirmək günahdır?
Namaz qıldığınız əsnada ətrafınızda olan insanların pis sözlər danışmasının nə sizə bir günahı, nə də namazınıza hər hansı bir təsiri yoxdur. Hər kəs öz əməlinə görə cavab verəcək. Uca Allah buyurur: "Hər kəs qazandığının girovudur". (ət-Tur, 21); "Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38).
Həmçinin oxuyun:
Namaz əsnasında söyüş, pis sözlər eşidən nə etməlidir?
Həmçinin oxuyun:
Namaz əsnasında söyüş, pis sözlər eşidən nə etməlidir?