İnsanı ruqyə vasitəsilə müalicə etməyə icazə verilirmi?

    27.02.2018
Kimdən: 
???????
Sual: 
Esselam Aleykum. 1.cin musellet olmasi baresinde oxudum.mene maraqlidir cin cixartma ne derecede dogrudur?Bir halda ki,insanin gunahlari cox olarsa ona cin musellet ola bilir.Allah uzag eylesin.Mence hemen insan tovbe edib,islamda olub ozu gunahlarini yumalidir.yoxsa cin cixardilmasi bawqa wexs terefinden dinimizde icazelidir? 2.Namaz qilanda sag terefimde guzguye azmaz duwurem.eybi yox? amma rukuda secdede duwmurem. 3.kimse soruwanda namaz qilirsan? deyendeki he.hemen gun qezam olur.ya subh namazina yatib qaliram.pis niyyetli, nefsli,weytan insanlar soruwanda demek istemirem.istemirem bilsinler.ele bilirem elave weytanlar xeber tutur.olarmi yalannan deyim.yox.qilmiram.(((
Cavab: 
Va aleykum Salam.
1. İnsanın törətdiyi günahlar və ya cadu olunma səbəbi ilə bədəninə şeytan daxil olaraq xəstəlik yarada bilər. Şeytanlardan və onların bədəndə törətdiyi fəsadlardan sağalmaq üçün xəstəyə ruqyə (Quranla müalicə) edilir. Ruqyə etməklə yanaşı xəstə günahlardan tövbə etməli, Allahı çoxlu zikr və dualar etməlidir. Ruqyə təkcə bu xəstəlikdən yox, habelə digər bütün xəstəliklərin müalicəsində istifadə oluna bilər. Daha ətraflı:
2. Əgər namaz qılarkən fikriniz güzgü və ya digər bir səbəblə  namazdan yayınmırsa, onda bir problem yoxdur.
3. Sizdən kimsə namaz qıldığınız barədə soruşsa, doğrunu söyləyin və şeytanlardan, pis insanların şərindən narahat olmayın. Hər bir fərz namazdan sonra əl-İxlas, əl-Fələq, ən-Nas surələrini və namaza aid zikrləri oxuyun. Belə etsəniz, Allahın iznilə hər bir şərdən qorunmuş olarsınız. 
Teqlər: 
Paylaş: