İnsan özü öz bədənindən cini çıxarda bilərmi?
Sual:
Salam aleykum. İnsan bedenine cin gire bilermi? Eger gire onu chixarmaq uchun hansi duani oxumaq lazimdir? Yeni adam ozu-oz bedeninden cin chixara bilermi? Cinlerin arasinda xeyirxah olani olur, yoxsa hamisi eksinedir? Bir de hansi halda insan cinleri gore biler?
Cavab:
Aleykum salam. Bəli insan bədəninə cin girə bilər. Onu çıxartmaq üçün Allahın Kəlamını, yəni Quran ayələri oxumaq lazımdır. Bəli, adam öz bədənindən cin çıxarda bilər. Məsələn: Əgər bir insanın bədəninə cin daxil olubsa və o insan çalışsa, yəni daima zikr etsə, oturanda duranda, uzananda, hər bir halında Uca Allahı zikr etsə və üstəlik Uca Allahın kitabını çoxlu oxusa, Uca Allahın izni ilə insanın bədənində cin qala bilməz. Bəli, cinlərin arasında xeyirxah olanları da vardır. Lakin qeyd edək ki, insanın bədəninə daxil olub əziyyət verənlər xeyirxah olan cinlər deyildir. Daha ətraflı bu linkləri oxuyun: