Qurandan necə faydalanmaq olar?

    12.03.2018
Kimdən: 
Abu Abdullah
Sual: 
Salam aleykum. Qurani Kərimdən necə faydalana bilərik?
Cavab: 

Va aleykum Salam. Qurani Kərim elə bir mübarək kitabdır ki, onun faydalarını saydıqca bitməz. Quran insanlara doğru yolu göstərən, öyüd-nəsihət verən, xəstə qəlblərə şəfa verən, onu oxuyana, əzbərləyənə, əməl edənə böyük savabın veriləcəyini vəd edən, ibrətamiz, rəhmət və bərəkətlə dolu, heç bir bənzəri olmayan bir kitabdır. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir". (Yunus, 57).

"Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik". (əl-Bəqərə, 66).

"İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir...". (əl-Bəqərə, 185).

"Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır". (əl-İsra, 82).

"Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən". (Məryəm, 97).

"Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik)". (Ta Ha, 2-3).

"...De: "O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır...". (Fussilət, 44).

"Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən – göylərdə və yerdəkilərin sahibi Allahın yoluna...". (əş-Şura, 52-53).

"Şübhəsiz ki, bunda qəlb sahibi, yaxud hazır olub qulaq asan kimsə üçün öyüd-nəsihət vardır". (Qaf, 37).

"Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin". (Yasin, 69-70).

İnsan bu mübarək kitab vasitəsilə uca məqama yüksəlir, dünya və axirətin həqiqi səadətini əldə edir. Quran elə bir dəyərli kitabdır ki, insan onun göstərişlərinə əməl etməklə qaranlıqdan nura çıxır və səadət yoluna yönəlir. Uca Allah buyurur: "Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir". (əl-Maidə, 16). Həmçinin oxuyun:
Quran oxumağın savabı haqqında
Quranı gecə oxumağın savabı çoxdur, yoxsa gündüz?

 

Teqlər: 
Paylaş: