80 yaşlı nənəm Quran oxuyarkən yol verdiyi səhvlərə görə günah qazanırmı?

    12.05.2018
Sual: 
Nenem Quran oxuyur.azdan coxdan ereb herflerini bilir.ama duzgun oxumur.Quran oxuyarken coxlu sehvler edir.ama cox isdeyir ki Quran oxusun.80yasindadi.Etrafdakilar deyir eybi yox oxu Allah seni bagiwlayar.bu kelme ne qeder dogrudur?Yawli insan Quranin erebcesini sehv oxuya bilermi?yoxsa erebce sehv edirse azerbaycancasini oxumalidir?
Cavab: 
Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Quran oxuyan və onu əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Özünə çətin gəldiyi halda bacardığı kimi (kəkələyərək) Quran oxuyana isə iki qat savab vardır". (əl-Buxari, 6/80, №: 4937; Muslim, 1898, 798/244). Həmçinin, Uca Allah buyurur: "...Allah heç kəsi gücündən artıq yükləməz...". (əl-Bəqərə, 286). Ona görə də, nənəniz bu yaşında Allahın kitabını oxuduğu üçün, həmçinin qüvvəsi çatdığı halda Quran oxumağı öyrənməyən cavan müsəlmanlara nümunə olduğu üçün böyük savab qazanır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: