Hamamla ayaqyolu bir yerdə olarsa, orada qüsl almaq düzgün sayılırmı?
Va aleykum Salam.
1. Ayaqyolu və hamam bir yerdə olarsa, orada qüsl almaqda bir qadağa yoxdur və orada alınan qüsl düzgündür. Həmçinin oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
2. Cavabları buradan oxuyun:
Çimmək dəstəmazı əvəz edirmi?
Ağızı və burunu yaxalayaraq bədəni yumaq dəstəmazı əvəz edirmi?
3. Uca Allah buyurur: "Yuxunuzu da sizin üçün rahatlıq etdik. Gecəni örtük etdik, gündüzü isə ruzi qazanmaq vaxtı". (ən-Nəbə, 9-11).
"Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır". (Yunus, 67).
Uca Allah Qurani Kərimdə gecəni dincəlmək, gündüzü çalışmaq məqsədilə yaratdığını buyurması ümumi məna daşıyır. Əgər zəruri ehtiyac yaranarsa, insanın gecə növbəsində işləməsi günah deyil. Həmçinin oxuyun: Ruzinin artması üçün nə etməliyik?
4. Namaz qılarkən geyindiyimiz paltarların digər paltarlardan xüsusi bir üstünlüyü və ya bir fərqi yoxdur. Ona görə də əgər namaz qıldığınız paltar köhnələrsə, ondan istədiyiniz şəkildə istifadə edə bilərsiniz.
5. Pirsinq etməyin birbaşa qadağan olması barədə Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) səhih bir dəlil olmasa da, İslam alimləri buruna, dilə, dodağa, göbəyə və digər yerlərə pirsinq etməyin insan sağlamlığına zərər vurduğu və qeyri-müsəlmanların pis adətlərindən sayıldığı üçün çəkinməyi məsləhət görürlər.