Çətinliklərə səbr etmək, valideynlərin arasında mübahisələr və s. haqqında

    07.06.2018
Kimdən: 
Allahın qulu
Sual: 
salam aleykum.1.Men her bır seyde sebırlıyem.Buna gore mene savab varmı.Yenı basıma cetınlık gelse sebr ederem.2.Menım atam anamla mubahıse edende el qaldırır herden pıs doyur.Artıq men doze bılmırem qarsı gelmek ısteyırem.Bu gunah ola bılermı.3.Bır kısı oz arvadını basqa bır kısıye verse ona ezab varmı.4.Allahın ınsanları hıdayet verdıyını nece bılmek olar.Allah razı olsun ındıden.
Cavab: 

Va aleykum Salam.

1. Başınıza gələn müsibətlərə səbr edərək Allaha üsyan etməsəniz, bu, günahlarınızın yuyulması və axirətdə dərəcələrinizin artmasına səbəb olacaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cənnət əhlindən dünyada insanlar arasında ən çox müsibət görən (bir adam) gətiriləcək və Cənnətə salınacaq. Ona: "Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?" - deyiləcək. O da: "Xeyr! Vallahi, ya Rəbb! Mənə heç bir müsibət gəlmədi və heç bir sıxıntı da görmədim" - deyəcək. (Muslim). Ona görə də çətinliklərə Allah üçün səbr edib dözməyin böyük savabı var. Uca Allah buyurur: "İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslərin ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər". (əl-Ənkəbut, 58-59).
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Səbirdən daha xeyirli, səbirdən daha geniş bir nemət heç kimə verilməmişdir". (əl-Buxari, 1469; Muslim, 1053). Həmçinin oxuyun:
Səbir edənləri müjdələ!
Səbirli olmaq üçün nə edim?
Allah insanları hansı şəkildə imtahan edir?

2.
Valideynlər mübahisə edəndə övladın onlara qarşı gəlməsi doğru deyil. Əksinə, qarşı gəlsə vəziyyəti daha da pisləşdirə bilər. Belə olan halda hər iki tərəfi mübahisədən çəkindirməyə, onları sakitləşdirməyə və onlara gözəl şəkildə nəsihət etməyə çalışmaq lazımdır. Həmçinin oxuyun:
Kişinin həyat yoldaşını döyməsi günahdırmı?Ərimin məni döyüb-söyməməsi üçün nə edim?Ailə münaqişələri
3.
 Xanımını başqa kişiyə vermək dəyyusluqdur. Dəyyus isə qeyrətsiz, himayəsində olan qadının qeyrətini çəkməyənə deyilir. Sözsüz ki, ailənin namusunu qorumaq da hər bir müsəlmanın vəzifəsidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç nəfər Cənnətə girməz: valideynin üzünə ağ olan, dəyyus (yəni ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan) və özlərini kişilərə bənzədən qadınlar". (ən-Nəsai, 5/80-81; əl-Hakim, 1/72).
4. Allaha, Elçisi Muhəmmədə (salləllahu aleyhi və səlləm) və ona göndərdiyi Qurana iman gətirib onların buyurduğu kimi yaşamağa çalışmaq hidayətdə olmağın ən açıq əlamətidir. Uca Allah buyurur: "Qoy elm verilən kəslər, bu (Kitabın) Rəbbin tərəfindən (göndərilmiş) həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər". (əl-Həcc, 54).
"Allah buyurdu: ...... Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar". (Ta Ha, 123).
"...Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı. Onda Biz də onlara Öz tərəfimizdən böyük bir mükafat verər və onları doğru yola yönəldərdik". (ən-Nisa, 66-68).
"O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır". (əz-Zumər, 17-18).​​​​​​​ Həmçinin oxuyun: Quran hidayət nurudur!

Paylaş: