Namaza qadağa qoymaq nə dərəcədə günahdır?

    26.04.2018
Kimdən: 
peri
Sual: 
Namazi qadaga qoymaq haqqinda bilmek isterdim. Mene. Namazi qilmaq qadagan olunub. Ozleri qilmir menede qoymurlar.
Cavab: 

Salam aleykum. Namaz Allahın əmri olduğu üçün namaza qadağa qoymaq Onun əmrinə qarşı çıxmaq sayılır. Bu isə böyük günahdır. Uca Allah Qurani-Kərimdə namaza mane olan kəsi qınayır və ona şiddətli əzabı vəd edir. Uca Allah buyurur: "Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq – yalançı, günahkar kəkilindən. Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!" (əl-Aləq, 9-19).
Bu ayələr Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) dövründə ona namaz qılmağa mane olmaq istəyən Əbu Cəhl adlı kafir haqqında nazil edilmişdir. Daha ətraflı:
Ərim və qaynanam namaz qılmağa qoymurlar...
Valideynlərim namaz qılmağa qoymur, nə edim?
Allahın əmrlərini yerinə yetirməyimə mane olurlar

 

Paylaş: