Qadınla oğlan uşaqlarının birlikdə namaz qılması və digər suallar
Va aleykum Salam.
1. Namazı qəsdən buraxmaq ən böyük günahlardandır. Belə etmisinizsə, səmimi qəlbdən tövbə edərək çoxlu xeyirli əməllər edin və bir daha namazları buraxmayın. Üstündən uzun müddət keçmiş qəzaları qılmağa isə ehtiyac yoxdur. Həmçinin oxuyun:
Buraxdığım illərin namazlarının qəzasını qılmalıyammı?
Namazları qəsdən qəza etməyin günahı nədir?
2. Ümumən nəzir qismində qurban demək bəyənilmir. Lakin hər bir halda əgər uşağınızın adından Allah rizası üçün nəzir demisinizsə, imkan daxilində yerinə yetirilməsi zəruridir, çünki bu nəzirin əsas şərtlərindəndir. Daha ətraflı:
İslam fiqhi: Nəzir və and bölümü
Niyyət edib qurban kəsmək olarmı?
3. Qadınlara iqamə oxumaq lazım deyil. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadınlar azan, iqamə, Cümə namazı və Cümə günü qüsl almaqdan məsul deyillər. Öz aralarında camaatla namaz qılanda imam olan qadın ön tərəfə çıxmadan birinci cərgənin ortasında dayanmalıdır". (əl-Beyhaqi "Sunənul-Kubra", 1/408). Birbaşa əllərini qaldıraraq "Allahu Əkbər" deyib təkbir gətirərək namaza başlayırlar. Oğlanlarınızla camaat namazı qıldıqda onların arxasında dayanmalısınız, çünki qadınla kişi namaz qılarkən imam kişi olmalıdır. Əgər tək namaz qıldığınız halda görsəniz ki, oğlanlarınız camaat namazı qılır, sizin onlara qoşulub camaat namazı qılmanız daha yaxşı olar. Həmçinin oxuyun: Qadınlarla kişilər bir yerdə namaz qıla bilərlərmi?