Səcdədə dua etmək, içki ilə müalicə olunmaq və qəzəbli halda söyüş söymək barəsində

    24.08.2018
Sual: 
salam.bir nece sualim var.1namazda secde halinda secdenin sozlerini deyib sonra allahdan dileyimizi dileyirik dua edirik bes dogrumu anlamisam?bes namaz uzanmir?secdede dua etmek cox esitmisem ama nece olur onu bilmirem lutfen basa salin.2.eger bir insanin maddi imkani hec cur yoxdu dermanlarla mualice olmaga onun yaxini da araq cekir yeni tebii araq, o insan o araqla mualice oluna biler?3qardasim eseblesen kimi oluye,nesile koke soyur,ne desem basa sala bilmirem.hetta birinde bir qadinin haqqinda esebden(ama qadin yanimizda deyildi)usaqlarinin zinadan doguldugunu dedi.bunlar hamisi boyuk gunahdir deyilmi?xahis edirem suallarimi cavablandirin allah rizasi ucun.tesekkurler.
Cavab: 
Va aleykum Salam.
1. Namazda səcdə vəziyyətində səcdədə deyilən zikrdən ("Subhanə Rabbiyəl-A'lə") sonra öz dilinizdə istədiyiniz duanı edə bilərsiniz. Bununla namaz uzansa belə, namaza bir xələl gətirmir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Muslim, 782). Həmçinin oxuyun: Dualarım qəbul olması nə etmək lazımdır?
2. Maddi cəhətdən dərman almağa imkan olmasa belə, haram şeylərlə müalicə olunmaq olmaz. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub:"Həqiqətən, Allah sizin şəfanızı haramlarda qərar verməyib". (əl-Buxari, 5614).
Allaha səmimi şəkildə dua edin. Uca Allah buyurur: "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir...". (ət-Talaq, 2-3). Daha ətraflı: Müalicə məqsədilə içki içmək haqqında
3. Bəli, nəsli söymək, təhqiramiz ifadələr işlətmək, əlində heç bir əsas, sübut olmadan "filan qadın zinakardır, filan qadının uşaqları zinadan doğulub" və s. deyərək böhtan atmaq böyük günahlardandır. Belə edən insan həmçinin qul haqqı ilə yüklənir. Uca Allah buyurur: "Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üstünə böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər". (əl-Əhzab, 58).
Əbu Malik əl-Əşari (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Ümmətimdə cahiliyyə adətlərindən qalma dörd əlamət vardır ki, onu heç vaxt tərk etməyəcəklər. Əsl-nəcabətlə fəxr etmək, nəsəbə söymək, ulduzlardan vəsilə istəyərək yağmur diləmək və ölünün arxasıyca fəryad edərək ağlamaq…". (Muslim, 934). Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər hansısa bir əməli cahiliyyəyə mənsub edərdisə insanların bundan çəkinməyini bildirir. Burada da cahiliyyə deyildikdə İslamdan qabaqkı dövr nəzərdə tutulur. Əbu Hureyrə  (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurub: "İnsanlarda (cahiliyyədən qalan) iki əməl vardır ki, onlar üçün küfrdür. Əsl-nəsəbə söymək və ölü üzərinə fəryadla ağlamaq". (Muslim, 67). Həmçinin oxuyun:
Paylaş: