Qədr gecəsində 100 rükət namaz qılınırmı?

    07.06.2018
Kimdən: 
Hesen Verdiyev
Sual: 
Salam qedr gecesinde 100ruket namaz nece qilinir ve ehya nece saxlanilir?
Cavab: 

Va aleykum Salam. Əyhə deyilən söz oyaq qalmaq deməkdir. Bu gecənin adı isə Qədr gecəsidir. Həmin gecələrdə oyaq qalaraq Quran oxumaq, Allaha dualar, zikrlər etmək, nafilə namazlar qılmaq və s. ibadətlərlə keçirtmək savabı olduqca böyük olan əməllərdəndir. Lakin şəriətimizdə Qədr gecələrində xüsusiləşdirərək 100 rükət namazın qılınması barədə heç bir səhih məlumat yoxdur. Qədr gecəsində Ramazanın digər gecələrində olduğu kimi təravih namazı qılınır. Ümumi şəkildə namazın qılınma qaydasını isə bu linkdən öyrənə bilərsiniz:
Təravih namazı necə qılınır?
Ramazan ayı və Qədr gecəsi haqqında ətraflı məlumat verə bilərsinizmi?

Teqlər: 
Paylaş: