Cənnət əhli dünyadakı həyatı xatırlayacaqmı?

    13.11.2018
Sual: 
As'Salam Aleykum, cennetde olan insanin zehni qebul edecek ki o ne vaxtsa bu dünyada yawayib sonra düwüb cennete?? Çünki ewitmiwem ki indi ki yawadigimiz dünyadan qabaq bawqa bir alemde yawayib sonra düwmüwük indi ki yawadigimiz dünyaya amma o dünyadan heçne yadimizda deyil cennetde ele olacaq?? Yoxsa cennet yuxu kimidir? Insan azda olsa yuxuda hissiyati olur bezen yuxuda oldugunu bele qebul ede bilir. Çox sag olun
Cavab: 

Va aleykum Salam. Əvvəllər başqa bir aləmdə yaşayıb sonra dünyaya gəlmək fikri yanlışdır. Cənnət və ya Cəhənnəm əhlinə gəldikdə isə onlar axirətin haqq olduğunu yəqinliklə biləcək və dünyada necə yaşadıqlarını, nələr etdiklərini daha yaxşı dərk edib xatırlayacaqlar. Qurani-Kərimdə buna dəlalət edən bir çox ayələr vardır. Uca Allah buyurur: "Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar. Və (söhbət əsnasında) belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu. Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!" (ət-Tur, 25-28).
Həmçinin, Cənnət əhli dünyada ikən onları azdırmaq istəyən, küfrə çağıran şər insanları da xatırlayacaqlar. Uca Allah buyurur: "Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar. Onlardan biri deyəcək: "Mənim bir yoldaşım var idi. O deyirdi: "Sən də inananlardansan? Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?" O sözünə davam edib deyəcək: "Siz onun harada olduğunu görmək istəyirsinizmi?" O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək və deyəcəkdir: "Allaha and olsun ki, sən məni də məhv edəcəkdin. Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım. Doğrudanmı biz bir daha ölməyəcəyik – ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?" Həqiqətən, bu, böyük uğurdur. Qoy çalışanlar bunun üçün çalışsınlar!" (əs-Saffat, 50-61).
Həmçinin, onlar dünyadakı güzəranı xatırlayaraq belə deyəcəklər: "Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!" (Fatir, 34-35).
Həmçinin, onlar Cənnətdəki nemətlərdən dadaraq bunun bənzərinin dünyada da olduğunu xatırlayacaqlar: "...Hər dəfə onun (Cənnətin) meyvələrindən onlara ruzi verildikcə: "Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!" - deyəcəklər. Halbuki onlara (dünyadakının) oxşarı veriləcəkdir...". (əl-Bəqərə, 25). Həmçinin oxuyun:
Biz əvvəl harada olmuşuq, indi haradayıq və bundan sonra harada olacağıq? - İnsan həyatının mərhələləri
Cənnət və Cəhənnəm həqiqətən varmı?
Cənnət və Cəhənnəm əhli bir-birlərini görəcəklərmi?
Cənnətin təsviri

 

Teqlər: 
Paylaş: