Həqiqi müsəlman necə olmalıdır?

    16.03.2014
Sual: 
Salam aleykum. Sizcə əsil dini insan, yaxşı insan necə olmalıdır? Xahiş edirəm suallıma cavab verəsiniz.
Cavab: 

Aleykum salam. Həqiqi müsəlman insanların onun dilindən və əlindən əziyyət görmədiyi insandır. Həmçinin, tək və Uca olan Allaha ibadət edərək yalnız Ona boyun əyən, habelə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yolunu tutub gedən və Allah Təalanı çox xatırlayandır. Bundan əlavə əsl müsəlman, yalan danışmayan, əmanətə xəyanət, oğurluq, zina, qeybət etməyən, vədinə xilaf çıxmayan və digər bu kimi pis xüsusiyyətlərdən özünü təmiz saxlayandır. Həqiqi müsəlman namaz qılmalı, oruc tutmalı imkanı varsa, zəkat verməli və həcc etməlidir. Bir sözlə bacardığı qədər Uca Allahın əmrlərini yerinə yetirərək və Onun qadağalarından çəkinməlidir ki, Allahın əməlisaleh mömin bəndəsi olsun. Uca Allah buyurur: "Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!), O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!), O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; O kəslər ki, zəkat verərlər; O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır). O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər); Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin) varis olanlar -Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!" (əl-Mu'minun, 1-11).

Paylaş: