Gecə namazını yuxulu halda qıldığıma görə namazım qəbul olunurmu?

    16.11.2018
Sual: 
Salam men gece namazi qiliram ama key kimi oluram yeni yuxulu oluram.Namazim qebul olur yoxsa ureyden olmalidiki qebul olsun onceden tewekkur edurem
Cavab: 
Va aleykum Salam. Yuxulu halda namaz qılmaqdan çəkinmək lazımdır, çünki belə halda insan nə oxuduğunu dərk etmir və namaz batil ola bilər. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz namaz qılarkən mürgüləsə, qoy yatsın (ki, sonra namaz qıldıqda) nə oxuduğunu bilsin". (əl-Buxari, "Kitabul-Vudu", 206, 213).
Həmçinin, Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Sizdən biriniz namaz qılarkən mürgüləyərsə, qoy yuxusu dağılıb gedincəyədək yatsın. Çünki o, yuxulu olduğu halda namaz qıldığı zaman ola bilər ki, heç özü də bilmədən bağışlanma diləmək əvəzinə özünü söysün". (əl-Buxari, 212; Muslim, 786). Daha ətraflı:
Teqlər: 
Paylaş: