Zöhr və əsr namazları arasındakı vaxt nə qədərdir?

    20.11.2018
Kimdən: 
Anonim
Sual: 
Salam aleykum.bir necə sualım var.1.kirvə tutudugun insanla qohum olmaq olmaz deyirlər.yəni qız alıb qız vermək kimi .nə qədər dogrudur bu?.2.zohr və əsr namazı arasindaki vaxt nə qədər olur?3.məgrib namazı gunəs əgər 18:31 de batirsa o zaman girir??4 mən subay olanda namaz qılırdim.ailə qurandan sonra usaq ailə namazı saxladım.və yenidən qiliram.fərz sunnət sonrada qilmadigim illərdə olan namazlarimin qəzasın qılıram.düzmü edirəm.deyirlər sünnət bu namazlari əvəz edir.ama mən yenədə qilıram.
Cavab: 
Və aleykum Salam.
1. İslama görə nə kirvə deyilən bir anlayış, nə də evlənmək məsələsində kirvəliklə bağlı bir qadağa yoxdur. Daha ətraflı:
2. Fərz namazlarının arasında olan vaxt fərqi ilin fəsillərinə, gündüzün və gecənin uzun və ya qısa olmasına görə dəyişir. 
3. Cabir ibn Abdullah (Allah ondan razı olsun) deyir ki: "Cəbrail (aleyhis-sələm) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: Dur namazı qıl! Peyğəmbər də günəş zenit xəttini keçdikdə (səmanın ortasından günbatana meyl etdikdə) zöhr namazını qıldı. Sonra Əsr namazında yenə gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər hər şeyin kölgəsi özü boyda olanda əsr namazını qıldı. Sonra Məğrib namazında gəlib dedi: Dur namazı qıl! Peyğəmbər də günəş batanda Məğribi qıldı. Sonra İşa namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər İşanı şəfəq itəndə qıldı. Sonra Sübh namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər də dan yeri söküləndə Sübhü qıldı. Sonra səhərisi gün Zöhr vaxtında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər hər şeyin kölgəsi özü boyda olanda Zöhrü qıldı. Sonra Əsr namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər hər şeyin kölgəsi iki özü mislində olanda Əsri qıldı. Sonra Məğrib namazında gəldi və vaxtı dəyişmədən, dünənki vaxtda namazı qıldırdı. Sonra gecənin yarısı, yaxud üçdə biri keçdikdən sonra İşa namazında gəldi və Peyğəmbər İşa namazını qıldı. Sonra hava işıqlaşdıqda dedi: Dur namazı qıl! Peyğəmbər də Sübh namazını qıldı. Sonra Cəbrail dedi: Bu iki vaxtın arasında bir vaxt (Yəni, hədisdən anlaşılır ki, hər bir namazın əvvəl, orta və son vaxtı mövcuddur. Yalnız məğrib namazı istisnadır. Bu namazın bir vaxtı var) da mövcuddur". (İmam Əhməd; ən-Nəsai; ət-Tirmizi).
Bu və digər səhih hədislərə əsasən günəş batanda Məğrib namazının vaxtı girmiş sayılır. Onun saat etibarı ilə vaxtı isə qeyd etdiyimiz kimi ilin fəsillərinə görə dəyişir.  
Daha ətarflı:
4. Heç bir halda namazı tərk etmək olmaz, çünki namazı tərk etmək böyük günahdır. Tərk etdiyiniz namazların qəzasını qılmağa ehtiyac yoxdur. Buna görə tövbə edin, namazları bir daha buraxmamağa çalışın və Allahdan bağışlanma diləyin. Səhih hədislərə əsasən sünnət namazlarını qılmaq buraxılan fərz namazlarını əvəz etməsə də, Qiyamət günü fərz namazlarının naqisliyini örtəcək. Daha ətraflı:
Teqlər: 
Paylaş: