Qadın körpə uşağı yuyundurub altını dəyişdirdiyi üçün namaz qılmaya bilərmi?

    19.11.2014
Sual: 
Salam menim sualim beledi.Men hicab taxiram, bir ovladim var ve o biri ovladimda insallah Allahimin komekliyi ile dekabr ayinda duunyaya gelecek. Men azad olandan sonra pak olduqdan sonra namaza baslamaq isdeyirem, mene deyirlerki sen usaqlarin pampireslerini deyisib onlari yuyunduracaqsan sene namaz qilmaq olmaz, sen mundar olursan bu ne derecede duzgundur menki usdume basimi cirklendirmiremki, ellerimizi sonra yuyuruqda zehmet olmasa mene namaz qilmaqa icaze var olar usaqlar korpede olsa tesekkur edirem!
Cavab: 

Aleykum salam. Allah sizin övladlarınızı salehlərdən etsin. Heç bir halda namaza fasilə vermək və ya tərk etmək olmaz. Uşağı yuyundurmaq, onun altını dəyişdirmək və s. insanı murdar etmir və ya dəstəmazı pozmur, çünki dəstəmazı pozan amillər arasında bu yoxdur. Daha ətraflı: Dəstəmazı pozan amillər
Sualınızda qeyd etmisiniz ki, hal-hazırda namaz qılmırsınız. Nəzərinizə çatdıraq ki, hamiləlik namazı dayandırmaq üçün üzr deyil. Şərait, su, xəstəlik və ya hava soyuq olduqda dəstəmaz əvəzinə torpaq ilə təyəmmüm almaq olar. Xəstəlik səbəbindən ayaq üstə dura bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılınmalıdır. Rüku və səcdə edə bilmirsinizsə, başınızı qabağa əymək kifayətdir. Səcdə halında rükuyə nisbətən başı daha çox əymək lazımdır. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun!​" (əl-Bəqərə, 238).
"Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır". (əl-Munafiqun, 9).

Həmçinin, Allahın izni ilə hamiləlikdən azad olduqdan sonra, nifas qanı axdığı müddətcə namaz qılmayacaqsınız. Nifas qanı bitdikdən sonra isə qadın qüsl alıb, yenə də adi günlərdə olduğu kimi namaz qılmasına davam etməlidir. Nifasın ən uzun müddəti  şəriətdə 40 gün hesablanmışdır. Bundan artıq gələn qan isə nifasdan sayılmır. Həmçinin oxuyun:
Azyaşlı uşaqlarım olduğu üçün namaz qıla bilmirəm, nə edim?
Namazı və dəstəmazı pozan amillər
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

Paylaş: