Valideynim dinimə istehza etdiyinə görə onu təhqir etməyim günahdır?
Sual:
Assalamalekum necesiz sualim beledir men namaz qiliram ama atam icendi ve ona herden gülünç gelirem herdende mene söz atir molla bele flan. Buarada da otrub araq icirdi dinime ilisdi ve qonaq yanında dediki dinde namaz oruc zekat hecc bide kelime-i şehadet bunlar ferz buyrulub bes sünnet oguruq etmemek yalan danismamaq vs bunları niye ferz gormuller yalandır nedir dansrdi mene acg edrdi mende qezeblenib dalasdim atamla hettda soydum ve dinime teref oldum sizce günah etmisem valdeyni din usdunde teqqir etdiyme
Cavab:
Və aleykum Salam. Şübhə yoxdur ki, içki içmək və ibadət edən insanı ələ salmaq böyük günahdır. Ancaq istənilən halda hətta siz haqlı olsanız belə valideyni söymək, onunla dalaşmaq, kobud davranmaq qadağandır. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24).
Əksinə, belə hallarda sizin üzərinizə düşən səbir etmək, elmi şəkildə, hikmətlə və əxlaqla atanızı günahdan çəkindirmək və haqqa dəvət etməkdir. Uca Allah buyurur: "İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Daha ətraflı: