Böyüklərimiz deyirlər ki, instituta daxil olduqdan sonra namaz qılarsan

    18.03.2014
Sual: 
Salam aleykum. Mənim 14 yaşım var, oglan uşağıyam. Namaz qılmaq İstəyirəm . Boyüklərdən soruşuram deyirlər ki, İnşallah instituta qəbul olandan sonra namaza başlayarsan. Men özümdə namaz qılmağa qorxuram. Çünki fikirləshirəm ki, birdən nə vaxtsa ata bilərəm. Sizin fikrinizcə namaza başlayım ya yox?
Cavab: 
Aleykum salam. Siz artıq namaza başlamalısınız. Çünki Allahın Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin, on yaşına çatıb namaz qılmadıqda isə onları yüngülcə vurun və yataqlarını ayırın". (Sünən Əbu Dəvud, 495). 
Böyüklər məsələsinə gəldikdə isə hər kəsdən və hər şeydən Böyük və Uca olan Allah həddi-buluğa çatmış, ağlı başında olan hər bir müsəlman kişi və qadına namaz qılmağı əmr edir. Digər suallarınızın cavabını isə buradan oxuya bilərsiniz:
İstəyirəm 15 yaşım olandan sonra namaz qılım
Namaz ən fəzilətli ibadətdir!
Teqlər: 
Paylaş: