Qadının namazda hicablı olması harada yazılmışdır?
Sual:
Salam.Size bir sual vermisdim ki, qadinin namaz qilan erefede hicabli olmasi harda yazilib.Yeni quranda deyilir ki, namehremlerin yaninda baglan.Namaz qilarken baglan deyen bir aye yoxdur.Eslinde Allah insani her yerde gorur.Namaz qilarken hicabli olmagin menasi nedir ki?.Xahis edirem etrafli izah edesiniz.
2)hedislerin sehih oldugunu nece emin ola bilerem?
Cavab:
Və aleykum Salam.
1. Uca Allah buyurur: "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyinin...". (əl-Əraf, 31).
Bu ayənin izahında deyilir ki, Uca Allah insanlara örtülməsi vacib olan yerləri namaz əsnasında da örtməyi əmr edir. Həmçinin, bu ayədə gözəl libaslar geyinmək də nəzərdə tutulur. Müsəlman namaz qılan zaman nəinki örtülməsi vacib olan yerləri örtməli, həm də nəcasətə bulaşmamış təmiz və gözəl paltar geyinməlidir. Uca Allahın hicab bağlamaq əmrinə tabe olaraq Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) və səhabələrin xanımları namazları hicabla qılmışdılar. Aişə rəvayət edir ki, Peyğəmbər demişdir: "Allah yetkinlik çağına (heyz dövrünə) çatmış qadının örtüksüz qıldığı namazı qəbul etməz". (Məalim əs-Sunən, 1/180; Sunən Əbu Davud, 641; Sunən ət-Tirmizi, 277). Həmçinin oxuyun:
Hicab - azadlıqdır!
Hicab - azadlıqdır!
2. Bu cavabları oxuyun: