Şər ataraq mənim ailəmi dağıtmış insanlara bəddua edə bilərəmmi?
Sual:
salam.Baldizim evli kisi ile danisirdi özüde evli olduqu halda.Men bunu oyrendim.Menim bildiyimi bilim mene şer aib aileçi dagidi.İndi men baldizimla qaynanama kahar duasini ede bilerdmi?Ya Günahdirmi etmiyim?
Cavab:
Və aleykum Salam. Qiyamət günü hər kəs öz əməllərinə görə cavab verəcək. Çox bəddua etmək yaxş hal olmasa da, bəzi hallarda bunun edilməsi icazəlidir, onları bağışlamaqda və ya sizə haqsızlıq etdikləri üçün onlara bəddua etməkdə ixtiyar sahibisiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç dua vardır ki, onlar qəbul olunar; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi duası". (ət-Tirmizi, 1905). Lakin bağışlasanız, sözsüz ki, buna görə də böyük mükafat qazana bilərsiniz. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussilət, 34). Daha ətraflı: