Baldızım ərimlə mənim aramı vurduğu üçün günah qazanırmı?
Və aleykum Salam. Əgər qadının heç bir ciddi nöqsanı, qəbahəti olmadan kişi onu boşayırsa, bu, qadına qarşı zülm etmək, haqsızlıqdır. Həmçinin bir ailənin dağılmasına səbəb olmaq da qul haqqı kimi günahlardan sayılır. Haqsızlıq edən hər bir insan böyük günah qazanır və buna görə Axirətdə cavab verəcək. Daha ətraflı:
Ailəmin dağılmasına səbəb olan adamlar günah qazanırlarmı?
Heç kəsin haqqı yerdə qalmaz
Uşağı atasına göstərmədiyimə görə günah qazanırammı?
Həmçinin kişi qadını şəriətə müvafiq qaydada boşamadıqca, onlar ayrı yaşasa belə nikah yenə də qüvvədə qalır. Kəbinin pozulması üçün kişi qadına onu boşamaq niyyətilə "səni boşayıram" kimi boşanma mənası verən söz deməlidir. Qorxuzmaq niyyətilə deyərsə, boşanma sayılmır. Siz böyüklərlə məsləhətləşərək ərinizlə barışmağa çalışın və bunun bir fitnə olduğunu izah edin. Daha ətraflı:
İslam fiqhi: Nigah və talaq fəsli
Nikah bağlamağın qaydaları