“Mərhəmətli və Rəhmliyə”
Uca Allahın “Mərhəmətli və Rəhmliyə” ayəsinin məzmunu haqqda “bəsmələ” mövzusunda danışdığımız üçün burada yenidən təkrar olunmasına ehtiyac yoxdur. əl-Qurtubi S deyir: “Uca Allahın “aləmlərin Rəbbi” ayəsindən sonra Özünü “Mərhəmətli və Rəhmli” sifətləri ilə vəsf etməsinə səbəb rəğbət və qorxunu cəm etməkdir. Necə ki, Uca Allah buyurur: “Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (əl-Hicr, 49-50). Həmçinin buyurur: “Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir” (əl-Ənam, 165). “Rəbb” sözündə qorxutmaq, “Mərhəmətli və Rəhmli” sifətlərində isə rəğbətləndirmək var. Səhih Muslimdə Əbu Hureyradan y gələn hədisdə Peyğəmbər r buyurur: “Əgər mömin Allahın yanındakı əzabı bilsəydi, Cənnətinə heç kim tamah etməzdi. Kafir də, Allah yanındakı rəhməti bilsəydi, Cənnətindən heç kim ümidini kəsməzdi”.[1]