Quranın bir hissəsinə inanıb digər hissəsinə inanmayanların cəzası nədir?

    25.11.2018
Kimdən: 
Namiq
Sual: 
Quranın bir hissəsinə inanaıb bir hissəsinə inanmayanlar var. Bu barədə Quranda bir fikir yaxud bir ayə varmı? Belə insanların cəzası olacaqmı?
Cavab: 
Salam aleykum. Uca Allah buyurur: "Biz (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik. Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq – törətdikləri əməllər barəsində. Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik". (əl-Hicr, 90-95).
"Allahı və Onun elçilərini inkar edənlər­, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!" - deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir". (ən-Nisa, 150-152).
"...Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır Allah sizin etdiklərinizdən bixəbər deyildir. Onlar axirəti verib dünya həyatını satın aldılar Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir". (əl-Bəqərə, 85-86).
Bu ayələr ona dəlalət edir ki, Quranın bir hissəsinə iman gətirib digər hissəsini inkar etmək, eləcə də peyğəmbərlərin bəzisinə iman gətirib digərini inkar etmək küfrdür. Belə etiqad sahibləri tövbə etməsələr, onların axirətdəki cəzası cəhənnəm odudur. Həmçinin oxuyun:
 
Teqlər: 
Paylaş: