Bacımın etdiyi bəddua mənə təsir edə bilərmi?
Sual:
Salam Aleykum.Birneçə sualımvar.1)bacım mənə qarğış etdi Allah bəlanı versin.kor ol məndə şad olum bu bəddualar menə ziyan vuracaqmı?2)qeyri-müsəlman bayramında yaxud ad günündə bişirilən yeməkdən yemək olarmı?
3)eger kimlərisə əvvəl qınamışamsa sonra tövbə etmişəmsə qnadığım şeylər başıma gələcəkmi?
4)arxamca qiybət edən məni qarğış edən yaxın qohumlarımla danışmasam günahdırmı qeyd edim ki qəlbimi çox qırıblar həmişə meni pisləyirlər istəmirəm danışmaq
Cavab:
Və aleykum Salam.
1. Bədduanın qəbul olunub-olunmaması Allahın istəyinə bağlıdır. Uca Allah buyurur: "Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar". (Ali İmran, 128).
Bacınızı incitmisinizsə, ondan halallıq almağa çalışın. Həmçinin oxuyun:
Bacınızı incitmisinizsə, ondan halallıq almağa çalışın. Həmçinin oxuyun:
2. Halal olan yeməkləri ad gününü qeyd etmədən və ya həmin məclisdə oturmadan yeməkdə bir qadağa yoxdur. Həmçinin oxuyun:
3. Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) demişdir: "...Kim bir müsəlman qardaşına (etmiş olduğu) bir günahdan dolayı tənə etsə, o (tənə edən), həmin günahı işləmədən ölməz...". (ət-Tirmizi "əl-Cami" kitabı).
Bəzi alimlər bu hədisi "tövbə etdiyi bir günahdan ötəri məzəmmət etsə…" şəklində şərh etmişlər. Həmçinin, bu məzəmmətlə yanaşı, tənə edilən adamla bir növ lağ-lağı və günahını ifşa etmə də vardır. Mərfu olaraq rəvayət edilən hədisdə belə buyurulur: "...Müsəlman qardaşını (etmiş olduğu) günahından ötrü ayıblayıb (məzəmmət edib) sevinmə... Bir də görərsən ki, Allah ona mərhəmət edər, səni isə, bəlaya düçar edər...".

Lakin, pis əməli bilmədən edib və sonra tövbə edən kimsəni Allah bağışlayar. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar." (əl-Furqan, 70-71).
4. Bu cavabları oxuyun: Qohumluq əlaqələrini kəsmək və ya küsülü qalmaq