Dırnaqda iynə ucu qədər lak qalması dəstəmazı batil edirmi?

    04.03.2019
Sual: 
Salam mən dırnağıma lak çəkmişdim.İki gündükü silib namaz qılıram.Ancaq iki gündən sonra gördümki dırnağımın bəzilərində iynə ucu qədər qalıbmış.Mən o namazların qəzasını qılmalıyam?Və mən sizin cavaba hardan baxım ?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz hala görə həmin müddət ərzində namazların qəzasını qılmağa ehtiyac yoxdur, çünki bu, dəstəmaz üçün maneə sayılmır. Əsas odur ki, dəstəmaz əzalarında qalan lak, boya və ya dəstəmaz üçün olan hər hansı bir maneə gözə çarpacaq qədər böyük olmasın. Həmçinin oxuyun:
Dəstəmazı pozan amillər
Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?

Teqlər: 
Paylaş: