Ailə üzvlərim ayaqyolunda təmizliyə riayət etmədiyi üçün hər tərəfin murdar olduğunu zənn edirəm...
Sual:
Əssalamj aleykum.
Sualıma görə üzr istəyirəm amma bu məsələ məni çox narahat edir .
Yaşadım evdə namaz qılmayan şəxslər var və onlar təharət qaydalarına əməl etmirlər.Üzr istəyirəm subaşına ayaqüstə çıxırlar və təbii olaraq ətrafa sıçrayır.Mənim ağlıma gəlir ki,nəcis onların ayaqlarına və tapuçkanın üstü açıq olduğundan ona da sıçrayır və hər dəfə ayaqlarının altı batır.Sonra evdə gəzib evi də batırırlar.Və mən evdə namaz qıla bilmirəm.
1)Bu vəsvəsədi? mən nə edim?
2)Əgər onların geyindiyi tapuçkanı geyinib namaz qılmışamsa batildir?
Cavab:
Və aleykum Salam. Belə məsələlərdə xırdaçılığa yol vermək, dərinə getmək şeytanın vəsvəsələrinə qapı açır. Ona görə də şübhəyə düşərək vəsvəsələrə fikir verməyin, çünki vəsvəsədən xilas olmağın yolu həmin vəsvəsələrə fikir verməməkdir. Bilin ki, insana vacib olan yalnız bacardığı qədərdir, dinimiz asandır və Uca Allah insana mümkün olmayan işləri buyurmamışdır. Əgər bacarırsınızsa həmin şəxslərə tövsiyə edin ki, ayaqyolunda təmizliyə riayət etsinlər. Əgər bu mümkün deyilsə, siz evdə namaz qılmaq üçün təmiz olduğuna əmin oldunuğunuz bir yerdə və yaxud namaz xalçasının üzərində namaz qılın və onların ayaqyolunda istifadə etdiyi ayaqqabı ilə namazı qılmayın. Həmçinin oxuyun: